Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


30.01.2025  10:54 

Bir milyon işçi Rusiyanı tərk edir?





A+  A-

İş şəraiti və maaşlar yaxşılaşdırılmasa, Rusiya 2025-ci ildə bir milyona yaxın işçi miqrantını itirə bilər.

XəzərNews.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə miqrasiya gündəliyi və kadrların işə qəbulu üzrə ekspert, Miqrant Xidməti platformasının direktoru Andrey Kladov məlumat verib.

“Rusiya üçün əmək bazarında, xüsusən də xarici işçilərdən çox asılı olan sektorlarda əlavə problemlər ola bilər. İşəgötürənlər təklif olunan şərtlərin rəqabət qabiliyyətinə diqqət yetirməlidirlər. Eyni zamanda, miqrant işçilərin maraqlarını qorumaq və gələcəkdə mümkün kadr çatışmazlığının qarşısını almaq üçün onların gözləntilərini nəzərə almalıdırlar”, - deyə o bildirib.

Ekspertin fikrincə, bu şərtlər rəqabətədavamlı olmasa, miqrantların iş şəraitinin pisləşməsi və maaşlarının aşağı salınması onların 2025-ci ildə ölkədən kütləvi şəkildə getməsinə səbəb ola bilər.

Hüseyn
XəzərNews.az



Xəbər 3632 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +