AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir


28.01.2025  15:19 

Qadını döyən xəstəxana direktoru cəzalandırıldı





A+  A-

Goranboy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Rauf Yəhyayevin cinayət işi üzrə məhkəmə araşdırmaları sona çatıb.

Goranboy Rayon Məhkəməsində işə hakim Taleh Mustafayevin sədrliyi ilə baxılıb. Rauf Yəhyayev ittiham üzrə təqsirli bilinib. Məhkəmə onun barəsində 3 il azadlığın məhdudlaşdırılması və 3 il müddətinə vəzifədən kənarlaşdırma qərarı çıxarıb. Rauf Yəhyayevin ayağına elektron nəzarət vasitəsi - qandal bağlanıb.

Qeyd edək ki, direktor barəsində cinayət işi ötən ilin yayında başlanıb. Ona qarşı CM-in 308.-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və CM-in 313-cü (vəzifə saxtakarlığı ) maddələri ilə ittiham verilib.

Xatırladaq ki, Rauf Yəhyayevin 2022-ci ilin avqust ayında Goranboy rayonun Bolsulu kənd sakini Laləzar Əliyevanı yumruqla vuraraq ona xəsarət yetirməsi barədə ilk xəbəri Bakupost.az yaymışdı.

Bundan başqa o, digər qalmaqallarla da gündəmə gəlib. Belə ki, 2024-cü ilin noyabrında bir neçə şəxs Rauf Yəhyayevə hücum edərək onu döymüşdü. Direktorun döyülməsi videosu yayılandan sonra o, açıqlama verib, ona hücum edən şəxslərin ağrıkəsici dərmanlar tələbi ilə döydüklərini demişdi.

Bundan sonra Rauf Yəhyayev sərxoş vəziyyətə toyda mahnı oxuması ilə gündəmə gəlmişdi./Bakupost.az

Xəbər 4861 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +