Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


14.01.2025  16:22 

Sevgilisini maşınla bərabər dərəyə yuvarladı -FOTO





A+  A-

Bakıda qısqanclıq zəminində sevgilisini avtomobillə bərabər dərəyə aşıraraq qətlə yetirməkdə təqsirləndirilən Mustafa Nəcəfovun cinayət işinin detalları məlum olub

Xəzərnews.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfov 3 aya yaxın müddətdə sevgi münasibətində olduğu, 1982-ci il təvəllüdlü Günay Əkbərovanın son zamanlar ailə sürücüsü olmuş Ceyhun Əhmədovla yaxın münasibətlərindən şübhələnib.

O, bu məqsədlə Günay Ələkbərova ilə evlərinin yaxınlığında görüşərək avtomobildə mübahisə edib. Mustafa Nəcəfov qısqanclıq zəminində onu döyərək sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirir.



M.Nəcəfov sevgilisindən tələb edib ki, o, Ceyhun Əhmədovla olan münasibətlərinə son qoymalı və bacısına zəng edərək Ceyhunun onu narahat etdiyini deməlidir. Lakin Günay onun bu tələbini yerinə yetirməkdən imtina edib.

Mustafa ötən ilin iyulun 3-də saat 14 radələrində yenidən Günaya məxsus ağ rəngli "Cherry Arrizo 7" markalı avtomobildə söhbət edərək aralarında olan münasibətləri aydınlaşdırmaq istəyib.

Mustafa söhbət əsnasında baş vermiş mübahisənin gedişində yaranmış münaqişə zamanı onun Ceyhun Əhmədovla yaxın münasibətinin davam etdirdiyini yəqin etdikdən sonra qisas almaqla Günayı öldürmək qərarına gəlir.

Bu məqsədlə G.Əkbərovaya məxus həmin avtomobili Lökbatan qəsəbəsi istiqamətində sürərkən əmisi oğlu Səbuhi Nəcəfova səsli və adi mesajlar ataraq Günayı öldürəcəyini bildirib.

S.Nəcəfov isə Mustafaya zəng edərək səbrli olmasını və olduğu yerdə onu gözləməsini tələb edib. Bu zaman G.Əkbərovanı da Mustafadan onu bağışlamasını, uşağına görə günahından keçməsini və öldürməməsini yalvarışlarla xahiş edib.

Lakin bütün bunlara əhəmiyyət verməyən Mustafa əksinə, avtomobilin qapılarını markaz-kilid vasitəsi ilə bloklamaqla Günayı köməksiz vəziyyətdə saxlayıb.

Daha sonra avtomobili ümumi təhlükəli üsulla qəflətən yüksək sürətlə yoldan çıxaraq 200 metr hündürlükdə olan dərədən aşağı sürüb.

Avtomobilin bir neçə dəfə yuvarlanması nəticəsində köməksiz vəziyyətdə qalan Günay Ələkbərovanı öldürüb.

Mustafa Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.//Lent.az

Xəbər 4176 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +