Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


12.01.2025  15:24 

Naxçıvanda milyonluq layihələri olan şirkət icra hakimiyyətindən 200 min ala bilmir QALMAQAL





A+  A-

Culfa Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi ilə bağlı qalmaqal yaşanıb. Binanı inşa edən şirkət pulunu ala bilmir

Xəzərnews.az Musavat.com xəbər verir ki, icra hakimiyyətinin yeni inzibati binasının tikintisi ilə bağlı 2023-cü ilin dekabr ayında APF Tikinti MMC ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən binanın tikintisi üçün şirkətə 201 min manat ödənilməli imiş. Bu məbləğin 3 ay ərzində hissə-hissə MMC-yə ödənilməsi razılaşdırılıb. Amma icra hakimiyyəti bu öhdəliyi yerinə yetirməyib. Səbəb olaraq isə büdcədə pulun olmaması göstərilib. MMC məhkəməyə müraciət edib. Məhkəmə MMC-nin xeyrinə qərar çıxarıb. Qərara əsasən icra hakimiyyəti 201 min manatı şirkətə ödəməlidir.

Musavat.com APF Tikinti MMC ilə bağlı da maraqlı məlumatlar əldə edib. MMC Vasif Talıbovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra yaradılıb. 2023-cü ildə Vergilər Nazirliyindən qeydiyyatdan keçirilən bu şirkətin nizamnamə kapitalı 8 milyon 100 min manatdır. MMC vergi öhdəlikləri üzrə bəyannamələri vaxtında təqdim etməməyə görə 3 dəfə də cərimələnib.

Maraqlıdır ki, 2023-cü ildə yaradılan bu MMC Naxçıvan Muxtar Respublikasında bir çox böyük layihələrin icrasını həyata keçirib.

Şirkət əsas dörd istiqamət üzrə fəaliyyət göstərir: kənd təsərrüfatı, qida, otelçilik və inşaat.

APF şirkətlər qrupunun otelləri siyahısına Naxçıvandakı "Saat Meydanı’’ və “Qrand’’ otelləri daxildir.

Şirkət Naxçıvan şəhərində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisini həyata keçirir.

21 yaşayış binasından ibarət “Nakhchivan Residence” şirkətə tapşırılan ən böyük layihələrdən biridir. Şirkət daha əvvəl Rusiyada tikinti sahəsində bir neçə layihə inşa edib. Azərbaycanda isə ilk layihələrini Naxçıvanda həyata keçirirlər.

“Gəmiqaya Bərəkət Qida Məhsulları" MMC də bu şirkətlər qrupuna daxil edilib. Bu MMC Naxçıvanın çörəyə olan tələbatının 80 faizini ödəyir.

Bu qrup Naxçıvanda təmir-tikinti materiallarının istehsalını və satışının əsas hissəsini də öz üzərinə götürüb.

Xəbər 4620 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +