Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


13.11.2024  15:51 

Ukrayna prezident seçkilərinə gedir: Müharibə bu tarixdə bitəcək





A+  A-

Ukraynada prezident seçkilərinin 25 may 2025-ci ildə keçirilə biləcəyi iddia edilir. Bu barədə “The Economist” məlumat yayıb. Nəşrin məlumatına görə, prezident Volodimir Zelenski sözügedən tarixdə ölkədə prezident seçkiləri keçirməyi planlaşdırır. Nəşr Ukraynada atəşkəs və hərbi vəziyyətin ləğvinin 20 yanvar 2025-ci ildə mümkün ola biləcəyini vurğulayıb.

Mövzu ilə bağlı Xəzərnews.az-a danışan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Mətbuat katibi Qabil Osmanlı bildirib ki, mövcud hərbi vəziyyətdə Ukraynada prezident seçkiləri gözlənilmir.

“Ölkə konsitutsiyasinin 108-ci maddəsinə görə, növbəti prezident seçilənə qədər əvvəlki prezident öz vəzifəsini icra edir. Seçki yalnız hərbi vəziyyət aradan qaldırıldıqdan sonra keçirilə bilər. Öncəliklə, münaqişəyə aydınlıq gətirilməlidir. Hazırki vəziyyətdə isə münaqişənin hansı yolla bitəcəyi naməlumdur. Ehtimallar çoxdur, lakin sonda sözü Ukrayna xalqı deyəcək”,- o deyib.



İsmayıl Rəhimoğlu
XəzərNews.az




Xəbər 6337 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +