Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


24.07.2024  12:10 

Erməni diasporu COP29 ərəfəsində Azərbaycana qarşı məkrli plan hazırlayıb





A+  A-

Erməni-daşnak diasporu Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) öncəsi ölkəmizi gözdən salmaq üçün məkrli planlar hazırlayır.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Erməni Milli Komitəsi məlumat yayıb.

Erməni Milli Komitələr Şəbəkəsi (ANCA) və onun ofisləri COP29 ilə hər hansı şəkildə bağlı olan bütün hökumət, siyasi, sosial və media dairələrini əhatə edən xüsusi hazırlanmış proqrama başlayıb. Bu aksiyaların məqsədi COP29 ilə hər hansı şəkildə əlaqəsi olan bütün hökumət, siyasi, ictimai və media dairələrini “Artsax xalqı”nın geri qayıtmaq hüququnu vurğulamaqla yanaşı bir sıra absurd tələbləri ilə bağlı Azərbaycana təsir göstərməyə sövq etməkdir.

Erməni Milli Komitəsi hər kəsi ən azı bu dörd hashtagdan istifadə edərək müxtəlif dillərdə sosial mediada paylaşımlar etməyə təşviq edir: #COP29Expose, #COPout29, #COP29 və #COP29Azerbaijan.

Daşnak terrorçu şəbəkəsi bu kampaniyaya antiAzərbaycan qarayaxmaları və böhtanları ilə tanınan Beynəlxalq Cinayət Məhkəməsinin birinci prokuroru Luis Moreno Okamponu da cəlb etdiklərini bildirir. Daşnak şəbəkəsi tanınmış digər siyasi xadimlər və müxtəlif beynəlxalq təşkilatlara da müraciət edərək Bakıda keçiriləcək COP29 təşəbbüsünü boykot etməyə çağırıblar.

Hesab edirik ki, Erməni Milli Komitəsinin - ANCA-nın bu təşəbbüsünü beşikdə boğmaq üçün sosial şəbəkə platformaları vasitəsilə mütəşəkkil hücumlar təşkil olunmalı, onların səhifələri şikayət olunmalıdır.

Diaspora.TV olaraq Dünya azərbaycanlılarını beynəlxalq erməni terror şəbəkəsinin ölkəmiz əleyhinə hücumlarına qarşı səfərbər olmağa çağırırıq.


Xəbər 5941 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +