Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


19.06.2024  18:06 

Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?





A+  A-

“Ölkəmizə xaricdən jurnalistlər və blogerlərin dəvət olunması müsbət haldır”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında “Yeni Sabah” saytının baş redaktoru Seymur Verdizadə deyib. O bildirib ki, antiterror əməliyyatından sonra Azərbaycana qarşı ən müxtəlif cəbhələrdə hücumlar başlayıb:

“Başda Fransa olmaqla Avropa, hətta ABŞ bu kampaniyada öncüllük edir. İnsan hüquq və azadlıqları, söz və mətbuat azadlığı arxa plana keçib. Avropa yüz illərdi söykəndiyi dəyərlərə arxa çevirib. Onlar Azərbyacanın haqq işinə kölgə salmağa çalışır. Hətta diaspora nümayəndələrinin ödənişli əsaslarla Azərbaycan mətbəxini təbliğ edən tribunaları da qapadılıb. Bununla bağlı konkret faktlar var. Təəssüf ki, söz və mətbuat azadlığına tamamilə zidd olan bu davranışlar Fransa mətbuatı tərəfindən sərgilənir”.

Baş redaktor əlavə edib ki, Azərbaycan ikili standartların bariz nümunəsi ilə üz-üzədir:

“Belə bir vaxtda ölkəmizə xaricdən jurnalistlər və blogerlərin dəvət olunması doğru seçimdir. Sadəcə, onlarla koordinasiyalı iş aparmaq lazımdır. Çalışmaq lazımdır ki, onların Azərbaycan təəssübkeşliyi davamlı xarakter alsın. Onlar öz ölkələrində Azərbaycana qarşı aparılan çirkin kampaniyaya qoşulmamaqla yanaşı, həm də bu iyrənc prosesə etiraz etsinlər, müqavimət göstərsinlər”.

Baş redaktor hesab edir ki, Azərbaycan jurnalistləri xaricdən gələn həmkarları vasitəsilə dünya mətbuatına çıxa bilərlər:

“Mövcud əlaqələri daha effektiv platformaya çevirməyin vaxtı çatıb”.

Xəbər 9620 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +