Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


18.06.2024  16:25 

Sabir Rüstəmxanlı Azercell şirkətini tənqid edib





A+  A-

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Azercell şirkətini tənqid edib.

Xəzərnews.az xəbər verir ki, buna doğulduğu Yardımlı rayonuna səfər edən millət vəkilinin telefonuna “İrana xoş gəlmisiniz..." mesajının göndərilməsi səbəb olub.

S.Rüstəmxanlı bunun bağlı sosial şəbəkədə paylaşım edib.

"Hörmətli Azərsell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İransell deyilsən!", - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın sərhəd rayonlarında yaşayan sakinlər və ya həmin bölgələrə səfər edənlər tez-tez sosial şəbəkələrdə mobil rabitə şirkətlərinin - Azercell, Bakcell və NAR-ın ünvanına oxşar şikayətlərlə çıxış edirlər. Belə ki, Yardımlı, Cəlilabad, Biləsuvar və digər rayonlarda istifadəçilərin telefonuna "İrana xoş gəlmisiniz" məzmunlu mesajlar gəlir. Bundan başqa neçə illərdir İran və digər qonşu ölkələrin telekanallarının proqramlarının sərhəd bölgələrimizdə qanunsuz yayımı halları da davam edir.



Xəbər 9637 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +