Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir





A+  A-

Xəzərnews.az xəbər verir ki, Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nda İranın anti-Azərbaycan siyasəti və Qərbi Azərbaycan məsələsində rəsmi Tehranın tutduğu qeyri-konstruktiv mövqedən bəhs olunub.

M.Əhmədoğlu bildirib ki, bu siyasətin tarixi İslam inqilabına gedib çıxır:

“Bu böyük mövzudur, bunu izah edəcəyik. Bir neçə ardıcıl anti-Azərbaycançılıq kampaniyaları var. Mehri SES və “Azərşəhr” də onların içərisindədir. “Azərşəhr” sonuncu anti-Azərbaycan layihəsi idi”.

Politoloqun sözlərinə görə, Türkiyədə səfərdə olan İranın xarici işlər naziri əvəzi Əli Baqeri Kani Qərbi azərbaycanlıların dədə-baba yurdlarına köçməsini İranın maraqlarına zidd adlandırıb və buna imkan verməyəcəklərini bildirib:

“Onun “Ermənistanın demoqrafiya və sərhədinin dəyişilməsi İran üçün yolverilməzdir” fikrinin izahı elə bundan ibarətdir. Az keçməmiş Fransada Mücahidin Xalq Təşkilatının yerləşdiyi ərazilərə polis hücumlar təşkil etdi və Fransa mətbuatının verdiyi məlumata görə, bunu İrandan gələn informasiya əsasında ediblər”.

M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın Fransa ilə münasibətində gərginlik artan kimi İran Fransaya donosluq edir:

“İranın fikrincə, Mücahidin Xalq Təşkilatı indi İrana deyil, Azərbaycan Respublikasına aiddir. Bunlar ikisi xüsusilə Qərbi azərbaycanlıların Ermənistana köçməsinin qarşısını almaqdan ötrü İranın cəhdləri hakimiyyətdaxili intriqanın göstəricisi kimi dəyərləndirilə bilər. Bu iki proses İranın daxili faktoruna çevrilib. Sonda İran hökuməti bundan ziyan çəkəcək. Çünki İranda yaşayan azərbaycanlıların içərisində kökü Qərbi Azərbaycana gedən soydaşlarımız çoxdur. İranın BMT-dəki rəsmi nümayəndəsi Səid İrəvaninin soyadı da çox şey deyir. Moskva və dünyanın digər yerlərində olan azərbaycanlıların içərisində də Qərbi Azərbaycan kökənlilər çoxdur. Onların böyük bir qrupu da 30 il bundan əvvəl yaşadığı ərazini tərk ediblər. Onlardan bəziləri də İranı az qala müqəddəs bilirdi. İndi həmin azərbaycanlılar İrandan üz döndərəcəklər. Bu kontekstdə İran hakimiyyətinin daxilində baş verənlərə xüsusi diqqət etmək vacibdir”.

M.Əhmədoğlu vurğulayıb ki, Azərbaycanın bəzi rəsmilərinin fikrincə, İranın daxilində gedən bəzi proseslər mürəkkəbdir və getdikcə İran Azərbaycana doğru mövqeyini dəyişəcək:

“Bunun üçün biz mütləq müəyyən qədər aktivlik göstərməliyik. Xüsusilə daxilimizdə İrana bağlı qüvvələr hərəkətlərinə diqqət verməlidir. İran vaxtilə Azərbaycanda döymədiyi qapı qalmayıb, hamı ilə əlaqəsi olub. Azərbaycan Respublikasında İranı müdafiə edən qüvvələr fikirləşməlidirlər ki, niyə görə İran məhz onların üstündə dayandı. “Azərşəhr”in anti-Azərbaycançılığı birmənalı deyil. Qəbələ RLS-ilə müqayisə oluna bilər. Nəzərə alınmalıdır ki, prezident İ.Rəisini 45 yaşlı helikopterinin qəzaya uğramasında “Azərşəhr” stansiyasının yaydığı elektromaqnit dalğasının da böyük rolu ola bilər”.

Politoloq qeyd edib ki, hazırda İranda yeni proseslər başlayıb:

“Bu İran-Azərbaycan münasibətlərinin yeni keyfiyyətini ortalığa qoyur, çox şeyə hazır olmalıyıq”.



Xəbər 11938 dəfə oxunub.





08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +