Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


13.06.2024  15:55 

“Çiçəklənən Şuşa” sərgisi açılıb





A+  A-

Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəssam Səyyar Əliyevin “Çiçəklənən Şuşa” adlı fərdi sərgisi açılıb.

Xəzərnews.az xəbər verir ki, sərginin açılışında çıxış edən ARİ-nin katibi, Xalq rəssamı Ağaəli İbrahimov S.Əliyevin əsərlərindəki zəriflik və dərin fəlsəfi duyğulardan söz açıb. Bildirib ki, rəssamın hər bir əsəri ruhun ən incə tellərini titrədə biləcək gücə malikdir. A.İbrahimov qeyd edib ki, daim yaradıcılıq axtarışında olan rəssam müxtəlif janrlarda fırçasını sınasa da, mənzərə janrında olan əsərləri üstünlük təşkil edir. O, Qarabağın, xüsusilə də doğma Şuşanın təbiətini sözlə ifadə olunmayacaq duyğularla tamaşaçıya təqdim edir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə rəssamın müasir incəsənətə olan unikal baxışını əks etdirən ən yeni əsərləri nümayiş olunub. Müəllifin mədəniyyət beşiyi Şuşanın təbii gözəllikləri və işğaldan azad olunduqdan sonrakı növrağını əks etdirən müxtəlif üslübda çəkilmiş əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.



Xəbər 8507 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +