Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


27.05.2024  20:31 

Ağdam və Tərtərdə 8 qadına biznesə başlamaq üçün yardım edildi - Fotolar





A+  A-

“Regionlarda sosial müdafiə hüquqlarına çatımlılığın yaxşılaşdırılması” təşəbbüsü çərçivəsində Ağdam və Tərtərdə aztəminatlı ailələrdən olan bir qrup qadın üçün özünüməşğulluq imkanları yaradılıb. Hər iki bölgədə gəlirsiz, aztəminatlı, övladlarını təkbaşına böyüdən və digər ehtiyac qruplarından olan 8 qadının öz biznesinə başlamasına yardım üçün avadanlıq və ləvazimatlar verilib.

Daha öncə “Öz biznesinə başla” konsepsiyasına uyğun təlimlərə cəlb edilən 31 iştirakçı arasından ailə vəziyyəti, ehtiyaclar, şəxsi motivasiya və bacarıq meyarlarına görə seçilmiş 3 qadına dərzilik, 1 qadına şirniyyat, 4 qadına isə gözəllik salonu avadanlıqları və ləvazimatları təqdim olunub. Sənaye tipli tikiş maşını, buxarlı ütü və digər dərzi ləvazimatları alan qadınlara mütəxəssislər tərəfindən avadanlıqlardan istifadə qaydalarına dair təlim keçirilib.

Öz sahələrində səriştə və bacarıqlarını təkmilləşdirməyə ehtiyacı olanlar müxtəlif peşə kurslarına istiqamətləndirilib. Ağdamın və Tərtərin müxtəlif kənd və qəsəbələrində yaşayan bu qadınlar əsasən öz yaşadıqları mənzillərində məşğul ola biləcəyi iş sahələri seçiblər və yaxın həftələrdə iş şəraitinin qurulması üçün digər addımlar atacaqlar.

Təşəbbüs çərçivəsində “Öz biznesinə başla” təlimlərinə cəlb edilmiş digər iştirakçılara seçimlərinə uyğun sahələr üzrə biznes planların hazırlanmasında və təkmilləşdirilməsində dəstək verilib ki, burada da məqsəd onların gələcəkdə dövlət özünüməşğulluq proqramında uğurlu iştirakını təmin etməkdir. İndiyədək 6 qadına dövlət özünüməşğulluq proqramına qoşulması üçün texniki və məsləhət yardımı göstərilib və qeydiyyatı tamamlanıb.

Qeyd edək ki, İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB-nə məxsus “Regionlarda sosial təminat hüququna çatımlılığın yaxşılaşdırılması” təşəbbüsü Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində “PI Consulting” MMC-nin dəstəyilə icra edilir.

















Xəbər 7313 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +