10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


21.06.2019  16:12 

610,91 ton yaş barama təhvil verilib





A+  A-

Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 20-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 610,91 ton yaş barama təhvil verilib. Ötən gün kümçülər 11,50 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.
XəzərNews.az xəbər verir ki, barama tədarükünə görə Zərdab, Ağcabədi, Zaqatala, Füzuli, Balakən, Şəki, Bərdə, Qax, Kürdəmir, Ağdaş, Ağdam, Tərtər rayonları öndədir. Bu günədək Zərdabda 65,31 ton, Ağcabədidə 53,46 ton, Zaqatalada 52,63 ton, Füzulidə 49,56 ton, Balakəndə 44,14 ton, Şəkidə 43,39 ton, Bərdədə 36,38 ton, Qaxda 26,84 ton, Kürdəmirdə 22,52 ton, Ağdaşda 17,36 ton, Ağdamda 16,80 ton, Tərtərdə 16,60 ton, Göyçayda 15,71 ton, Sabirabadda 14,01 ton, Qəbələdə 13,93 ton, Ucarda 11,62 ton, Şəmkirdə 10,93 ton yaş barama tədarük olunub. Hazırda ölkə üzrə 38 rayonda yaş barama tədarükü aparılır.

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir.

Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Xəbər 1844 dəfə oxunub.




23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +