Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?


25.07.2017  16:11 

Pomidor niyə bahalaşıb?





A+  A-

Pomidorun bahalaşması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
XəzərNews.az “Qafqazinfo”ya isinadən xəbər verir ki, istehlakçılar bildirib ki, 1 manat 60 qəpikdən aşağı pomidor tapmaq müşkülə çevrilib. Hətta bəzi supermarketlərdə pomidorun kilosu 2 manatdan satılır.

“Qafqazinfo” pomidorun qiymətində baş verən bahalaşmanı və qıtlığın səbəblərini araşdırıb.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Azərbaycanın istehsal etdiyi pomidorların əsas hissəsi ixrac olunur: “Əsasən də pomidorların Rusiya bazarlarına ixrac prosesi baş verir. Çünki Rusiya Türkiyədə istehsal olunan pomidoru qəbul etmir.

Qeyd edim ki, ölkədə pomidor qeyri- neft sektorunda ixracda birinci yeri tutur. Bu da Rusiyada tələbin çox olması ilə bağlıdır. Türkiyədən gələn pomidorların bir hissəsi də Azərbaycandan Rusiyaya ixrac olunur.

İkincisi, indi elə bir mövsümdür ki, artıq istixana şəraitində yetişdirilən məhsul tükənir. Açıq şəraitdə isə bizdə pomidor istehsalı çox azdır. Yəni bazara məhsul az çıxır. Həm də benzinin qiymətinin artımı artıq bəzi məhsullara, o cümlədən pomidora da təsir edib. Belə ki, pomidor istixanalardan minik maşınlarına, qazellərə yığılır. Sonradan isə yük maşınlarına daşınır. Bu halda isə, minik maşınlarındam istifadə edənlərin benzin xərci də artır”.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bazarda pomidor qıtlığından söhbət gedə bilməz: “Çünki şimal və cənub rayonlarında açıq sahələrdə əkilən pomidorların yetişmə fazası başlayıb. Bu pomidorlar da artıq bazarda satılmaqdadır. Qiymətə gəlincə isə, şənbə-bazar günü keçirilən kənd təsərrüfatı yarmarkalarında pomidorun qiyməıti 50 qəpik- 1 manat arasında dəyişirdi”.

Xəbər 3145 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +