Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir


15.02.2022  10:10 

Qadınla görüşə gedən gənc niyə öldürülüb? - TƏFƏRRÜAT





A+  A-

Fevralın 13-də gecə saatlarında Bakıda ölümlə nəticələnən dava-dalaşın təfərrüatı məlum olub.

XəzərNews.az Publika.az-a istinadən bildirir ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyevin 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu döyməsi və nəticədə Eynulla İbadovun xəstəxanaya aparılarkən yolda ölməsi mübahisə zəminində baş verib.

Belə ki, Biləcəri qəsəbəsində yaşayan və Vətən Müharibəsi qazisi olan Yəhya Quliyev gecə saatlarında məhəllədə səs-küy yarandığını görüb. Küçəyə çıxdıqda oyaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlmiş şəxslərlə Y.Quliyev arasında mübahisə yaranıb. Az sonra mübahisə münaqişəyə çevrilib.

Yaxınlarının bildirdiyinə görə Yəhya həmin şəxsləri taxta ilə deyil, yumruqla vurub. Nəticədə 30 yaşlı Eynulla aldığı xəsarətdən vəfat edib. Z.Həşimlinin isə həyatına təhlükə yaranmayıb.

Qeyd edək ki, Quliyev Yəhya Nuhbala oğlu Vətən Müharibəsində yaralanaraq qazi olub. O, "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Hadisəni törədən şəxs saxlanılıb. Onun fotosunu təqdim edirik.

Xəbər 3476 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +