Suriyada atəşkəsə qədər 700-dən çox adam ölüb
Prezidentdən cərimələrlə bağlı vacib FƏRMAN
Rayonlarda leysan yağıb, şimşək çaxıb
Ukraynada daha bir azərbaycanəsilli hərbçi həlak olub
Xadimələrə maşınını yudurdan direktor işdən çıxarılıb
Beyləqanda həkimi şantaj etməklə pul tələb edənlər...
Xətai rayonunda ağır yol qəzası baş verib
Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video


01.08.2018  15:48 

Xəzərdə qayıq aşıb, bir balıqçı itkin düşüb





A+  A-

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, iyulun 27-də Sumqayıt şəhəri ərazisindən balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxmış 2 nəfərdən biri, 1965-ci il təvəllüdlü Əhmədov Ziyəddin Əbdülrəhim oğlu geri qayıtmayıb.
XəzərNews.az FHN-ə istinadən xəbər verir ki, müəyyən olunub ki, qayıq Xaçmaz rayonu yaxınlığında küləyin təsirindən çevirilib. Qayıqda olan 1976-cı il təvəllüdlü Fərəcullayev Zaur Orucəli oğlu iyulun 28-də gecə saatlarında Xəzər dənizinin Rusiyaya mənsub hissəsində “Rəsul Həmzətov” gəmisi tərəfindən aşkar edilərək gəmi heyəti tərəfindən göyərtəyə qaldırılıb. İyulun 29-da xilas olunan şəxs Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə təhvil verilib.

Bu gün səhər saatlarında Ziyəddin Əhmədovun axtarışlarına başlanılıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Aviasiya dəstəsinin “Mi-17” helikopteri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Xəbər 3366 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +