Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


12.06.2018  16:12 

Xaçmazda 250 kq at əti AŞKARLANDI





A+  A-

Xaçmazda aşkarlanan at ətlərin müayinəsi başa çatıb və zərərsizləşdirilib.
XəzərNews.az xəbər verir ki, iyunun 7-də alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Xaçmaz Rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonun Çağacuq çayı ərazisində saxlanılan “Mercedes” markalı 99-DV-211 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən onun yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan və sağlamlığına dair heç bir sənədi olmayan, sümükdən ayrılmış 250 kq (iki yüz əlli ) çəkidə heyvan əti aşkar olunub. Aşkar edilən ətin qida üçün yararlığını və mənşəyini müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək müayinə məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Ətlərdən götürülən nümunələrin laboratoriya müayinələri başa çatıb.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən götürülən nümunələrdə bakterioloji çirklənmə (BÇQB) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə həmin ətlərin keyfiyyətsiz at əti və insan qidası üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, keyfiyyətsiz, baytarlıq-sanitariya cəhətdən yararsız olan, “Mercedes” markalı 99-DV-211 dövlət nömrə nişanlı avtomobilin yük yerində aşkarlanan, Xaçmaz şəhəri, M.F.Axundov küçəsi 94 ünvanında yaşayan Niçkur Musa İsa oğluna məxsus olan və müvəqqəti saxlama kamerasına yerləşdirilən, 9 ədəd qara rəngli, insan qidası üçün nəzərdə tutulmayan polietilen torbaya yığılan ümumi çəkisi 250 kq olan sümüksüz at ətinin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq sümüksüz at əti baytarlıq mütəxəssislərinin nəzarəti altında Xaçmaz rayonundakı məişət tullantıları poliqonunda xüsusi ayrılmış ərazidə aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib.

Xəbər 2721 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +