İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


25.12.2023  13:22 

İş adamı ilə Mahmudovun övladları arasında alqı-satqı qalmaqalı - Təfsilat





A+  A-

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Nərgiz və Anar Mahmudovlarla iş adamı Ağarəhim Rəhimov arasında məhkəmə çəkişməsi davam edir.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı Ağarəhim Rəhimovu qane etmədiyi üçün apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Vüsalə Baxışovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.

Ağarəhim Rəhimovla Mahmudovlar arasında birinci məhkəmə çəkişməsi Bakı Kommersiya Məhkəməsində olub. İş adamı keçmiş nazirin övladlarını alqı-satqı müqaviləsi üzrə mübahisələrdən dolayı məhkəməyə verib.

Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.

Keçmiş nazirin oğlu Anar Mahmudov Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin kürəkənidir. Nərgiz Mahmudova isə Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.

Xəbər 2457 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +