Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


08.02.2019  09:54 

İtən futbolçunun cəsədi tapıldı





A+  A-

Fransanın “Nant” klubundan Uelsin “Kardif” klubuna transfer olunan Emiliano Salanın qəzaya uğradığı təyyarədən iki cəsəd çıxarılıb.
XəzərNews.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, cəsədlər tibbi ekspertizadan keçirildikdən sonra onların 59 yaşlı pilot David İbbotsona və futbolçu Emiliano Salaya məxsus olduğu dəqiqləşib.

Xatırladaq ki, Salanı yanvarın 22-si Fransadan Kardiffə aparan xüsusi təyyarə radardan itib. Sonradan təyyarənin La Manş boğazı üzərində qəzaya uğradığı bəlli olub. Təyyarənin qalıqları 4 gün öncə boğazın 67 metr dərinliyində tapılıb.

Qeyd edək ki, 28 yaşlı Emiliano Sala “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, “Kardiff Siti”nin ən bahalı transferi (15 milyon funt-sterlinq) kimi klub tarixinə düşmüşdü. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı.

Xəbər 2907 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +