Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


23.11.2021  14:35 

Epidemiyanın nəzarət altında olduğunu deyə bilərik





A+  A-

Bu gün Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəricilərinə əsasən, epidemiyanın nəzarət altında olduğunu deyə bilərik.

XəzərNews.az xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

"Lakin xüsusən qonşu ölkələrdə baş verən prosesləri nəzərə alaraq ehtiyatı əldən verməməli, arxayın olmamalıyıq. Qış fəslinin yaxınlaşması nəticəsində havaların soyuması ilə əlaqədar vətəndaşlar qapalı məkanlarda daha çox vaxt keçirməli olurlar. Ona görə də indiki vaxtda "buster" doza ilə peyvəndlənmək qışa hazırlıq kimi də dəyərləndirilə bilər, profilaktik tədbir kimi də", - Y.Qarayeva əlavə edib.

O bildirib ki, "buster" doza ilə vaksinasiya tövsiyə edilsə də, 4-cü doza ilə bağlı fikir söyləmək hələlik tezdir:


"Pandemiyanın gedişində bu barədə daha dəqiq söz demək olar. Hazırda dünyada xəstəliyin dərindən öyrənilməsi üçün müxtəlif araşdırmalar aparılır. Biz də bu araşdırmaları sıx izləməyə çalışır və yeniliklərə qısa vaxtda reaksiya verməyə çalışırıq. Onu da qeyd edim ki, ölkədə vaksinasiya prosesində aktivlik hiss olunur. Yəni, prosesi müsbət qiymətləndiririk".

Xəbər 3721 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +