İranın ali lideri Azərbaycandakı ofisinin fəaliyyətini bərpa edir
Fransalı vəkil İran XİN-ə çağırıldı
12 nəfər gəlməyib, köçürmə isə...
Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb


26.09.2019  09:05 

Soyuqdəymə ilə mübarizədə ən faydalı ədviyyatlar açıqlandı





A+  A-

Mütəxəssislər payız fəslində zökəmə yoluxma və soyuqdəymə riskinin artmasını nəzərə alaraq, bu aylarda bir sıra ədviyyatlardan istifadə etməyi məsləhət görür.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “MedikForum” portalı yazıb.

Müalicəvi ədviyyatlar siyahısına mixək başçılıq edir. Onun tərkibində yüksək miqdarda minerallar, vitaminlər və efir yağları var. Kəskin respirator xəstəliklərin profilaktikası üçün ekspertlər mixək çeynəməyi məsləhət görür. Belə ki, onun komponentləri bir çox xəstəlik yaradan virusları məhv etmək gücünə sahibdir.

Zəncəfil immun sistemini möhkəmləndirir, soyuqdəymə və antimikrob əleyhinə təsirə malikdir. Onun tərkibində A, C, B1, B2 vitaminləri, eləcə də maqnium, fosfor, dəmir, kalsium, natrium, sink, kaliyum var. Zəncəfili çay və kofeyə, həmçinin, tərəvəz, ət və balıq yeməklərinə əlavə etmək məsləhət görülür. Bundan əlavə, bu ədviyyat kəskin soyuqdəymə zamanı da kömək edir: burun tutulmasını aradan qaldırır və bəlğəmgətirici effekt verir.

Mütəxəssilər soyuqdəymə əleyhinə profilaktik vasitələrdən biri kimi də gecə içilən isti südə əlavə edilmiş sarıkök qarışığını da hesab edir. Sarıkökün tərkibində olan aktiv komponent - kurkumin soyuqdəymə əleyhinə təsirə malikdir. Bundan əlavə, o, immunomodulyator kimi də məşhurdur. O, mikrobların məhv edilməsi axtarışında immun sisteminin xüsusi hüceyrələrini hərəkətə gətirə bilir.

Bibəriyə bitkisi (rozmarin) iltihab prosesləri ilə mübarizədə güclü antioksidant hesab edilir. İmmun sistemini gücləndirmək üçün ondan təzə halda gündə 4-6 qram, qurudulmuş halda isə 2-3 çimdik istifadə etmək kifayət edir.

Sarımsaq müalicəvi xüsusiyyətləri ilə çoxdan məşhurdur. O, immunostimulyator kimi təsir edir, virusları və təhlükəli bakteriyaları məhv edir. Onun tərkibində olan allisin təbii antibiotikdir.

Acı çili bibəri də bir çox xəstəliklərdən qoruyur. Onun tərkibində olan kapsaisin immun sisteminin hüceyrələrinə aktivator kimi təsir edir. Bundan əlavə, bibərdə ümumilikdə sağlamlığı möhkəmləndirən çoxlu vitaminlər və faydalı maddələr var.

Xəbər 1464 dəfə oxunub.



26.05.2025  00:08 

“Səs”in qalibi o oldu

25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +