Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı


10.08.2018  11:18 

Maduroya sui-qəsddə şübhəli bilinən 10 nəfər saxlanıldı





A+  A-

Venesuela prezidenti Nikolas Maduroya sui-qəsddə şübhəli bilinənlərin 10-u saxlanılıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər, ədliyyə və sülh məsələləri üzrə naziri Nestor Reverol bildirib.

Daha əvvəl N.Reverol bildirmişdi ki, sui-qəsddə şübhəli bilinənlərin sayı 25 nəfərə çatıb və onlardan 8-i saxlanılıb.

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriges daha əvvəl bildirmişdi ki, avqustun 4-ü parad zamanı Nikolas Maduronun olduğu tribunaya bir neçə partlayıcı maddə ilə doldurulmuş PUA hücum edib. Onun sözlərinə görə, sui-qəsd zamanı 7 qvardiyaçı yaralanıb, prezidentin özü xəsarət almayıb. N.Maduro sui-qəsdin təşkilində müxalifəti və Kolumbiya Prezidenti Xuan Maneul Santosu ittiham edib. Kolumbiyanın Xarici İşlər Nazirliyi insidentə bağlılığı təkzib edib. Venesuela artıq ABŞ və Kolumbiya hökumətlərindən bu ölkələrin ərazisində olan şübhəli bilinənlərin ekstradisiyası barədə xahiş edib.

Xəbər 2871 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +