İran İsrailə kütləvi ballistik raketlər atdı
Rusiya Kiyevi vurdu: 14 nəfər həlak olub
Tramp: Hamı Tehranı dərhal boşaltmalıdır
SEPAH generalı Əli Şadmani öldürülüb
Təbrizdə iki güclü partlayış baş verib
AZAL-ın bu istiqamətdə reysləri ləğv olunub
Heydərov Gəncəyə rəis təyin etdi
ABŞ ilə danışıqlar aparmaq mənasızdır - İran XİN sözçüsü
Ruslar İsraili tərk edir
Parisdə Azərbaycan mədəni irsi təqdim olundu


20.05.2017  12:23 

Azərbaycanlılar niyə votsap, messencer və skaypda danışa bilmir?





A+  A-

Azərbaycanda votsap, messencer, skayp kimi beynəlxalq danışıqlara məhdudiyyət qoyulması ilə bağlı məsələyə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz aydınlıq gətirib.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Osman Gündüz bildirib ki, ölkədə hamı bunun səbəbini axtarır və soruşur:

“Elə bizdən də. Düşünürəm ki, bu məsələyə aydınlıq gətirəsi yeganə qurum NRYT Nazirliyidir. Hələlik sektorda tənzimləyici qurum bu nazirlikdir.

Təəssüf ki, bu qurum da rəsmi açıqlama verməyib.

Apardığımız araşdırmalar və monitorinqlərin nəticəsi onu deməyə əsas verir ki, məhdudiyyətlər NRYTN –in göstərişi ilə mobil operatorlar və backbone provayderlər tərəfindən həyata keçirilib.

Bizdə artıq çox doğru olaraq praktika formalaşıb ki, tənzimləyici qurumun rəsmi göstərişi olmadan provayderlər hər hansı bloklama aparmır.

Düşünürəm ki, bu addım ölkədə beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik məqsədləri və güman ki, həm də internet trafikin həddindən artıq yüklənməsinin qarşısını almaq məqsədilə atılıb. Əlbəttə, bu prosesdə maraqlı tərəflər də var, sirr deyil ki, internet üzərindən aparılan danışıqlar mobil operatorların büdcəsinə xeyli ziyan vurur.



Atılan addım bilavasitə vətəndaşların informasiya münasibətlərinin məhdudlaşdırılmasıdır. Bu isə qanunvericiliklə həll olunmalıdır. Düşünürəm ki, dezinformasiyaların yayılmaması üçün real vəziyyətlə bağlı NRYTN-in açıqlama verməsi doğru olardı. Xüsusən də bizdə artıq bloklanma ilə bağlı yenicə qəbul olunan qanunumuz var.

Eyni zamanda texnologiyaların, alternativlərin hədsiz çox olduğu indiki zamanda ayrı-ayrı resurslara qarşı bu tip addımların da nə dərəcədə effektiv olacağı da sual altındadır.

Fikrimcə, hökumətin bu tip qlobal resurslarla əməkdaşlıq etməsi, onların ölkəmizə dəvət edilməsi, resurslarının burada yerləşdirilməsi istiqamətində işlərin aparılması daha doğru addım olardı.

Ən yüksək standartlı, regionda ən nəhəng Regional Data Mərkəzin, həmçinin “Delta Telekom”un Data Mərkəzlərinin olduğunu nəzərə alsaq bu cür bloklanmanın da gələcəkdə bu mərkəzlərin biznesinə problem yaradacağını düşünürəm. Hansı ki, bu resurslar ölkəyə xeyli valyuta gətirə bilərdilər.

Qlobal resurslar isə bloklanmanı sevmirlər”.

Xəbər 1545 dəfə oxunub.




16.06.2025  12:16 

Kiril müsəlmanları müdafiə etdi

16.06.2025  12:06 

Ruslar İsraili tərk edir

16.06.2025  11:16 

Pənah Hüseyn niyə istefa verdi?

16.06.2025  11:13 

İsrail itkilərini açıqladı

15.06.2025  16:21 

Ərdoğan Netanyahunu tənqid etdi


BÜTÜN XƏBƏRLƏR +