Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir
Ramiz Mehdiyevin qızı da vəzifədən azad edildi
Rusiya Çerniqova PUA-larla hücum edib
Zelenski ABŞ və Avropadan nə gözləyir?
Xurma var, lakin alıcı azdır - Video
Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto


06.03.2017  11:05 

Pensiya yaşının qaldırılması kimə daha çox lazımdı?





A+  A-

Cəmiyyətdə pensiya yaşının 65-ə çatdırılmasına münasibət birmənalı deyil.
Kimlərsə pensiya yaşının artırılmasının əleyhinə kəskin çıxış edərək, bunu vəsaitlərə qənaət etmək məqsədilə hökumətin atdığı addım kimi dəyərləndirirlər. Əslində bu gün bütün dünyada qeydə alınan ənənə ondan ibarətdir ki, əksər ölkələrdə bu yaş artırılır və ya onun müəyyən bir dövrdə tədricən artırılması nəzərdə tutulur. Bu ənənənin həqiqətən belə olduğunu görmək üçün müxtəlif ölkələrdə pensiya yaşının vəziyyəti ilə yaxından tanış olmaq lazımdır. İnformasiya əsrində həmin məlumatları hər kəsin əldə etməsi mümkündür. Bu gün böyük əksəriyyət ölkələrdə pensiyaya çıxmaq üçün 65 yaş müəyyən olunub. Düzdür, bəzi ölkələrdə bu yaş bir qədər aşağıdır, ancaq həmin ölkələrin də əksəriyyəti onu artırmağı nəzərdə tuturlar. Azərbaycana gəlidikdə, bu məsələ ilə bağlı şəxsən müşahidə etdiyim məqamlara söykənərək bəzi fikirlərimi söyləmək istəyirəm. Heç vaxt kimdənsə pensiya yaşının çox olmasından narazılıq etdiyini eşitmədim. İllərlədir mənə bu məsələ ilə bağlı müraciət edən müəllimlər, həkimlər, dövlət qulluqçuları və başqa kateqoriyadan olan işçilər, onlara pensiya yaşı çatdığı zaman işlədikləri müəssisələrdə bir neçə il də qalıb çalışmaları üçün kömək göstərmək xahişi ediblər. Pensiya yaşının artırılmasının əleyhinə çıxış edənlərə tövsiyyəm budur ki, bu gün pensiya yaşına çatmış həkim, müəllim, dövlət qulluqçuları arasında bir sorğu keçirib, onlara belə bir sual versinlər – “Siz 63 yaşında pensiyaya çıxmaq istəyirsinizmi?”. İnandırıram ki, 100 haldan 98-də insanlar işdə qalıb çalışmaq istəyəcəklərini deyəcəklər. Belə olan halda pensiya yaşının 65-ə qaldırılması nə üçün bu qədər qıcıq yaratmalıdır?

Fikrət Yusifov

Xəbər 8578 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +