Rusiya ordusuna məxsus yük qatarı partladılıb
Ukraynaya raket hücumu: Ölən və yaralananlar var
Sabahın havası açıqlandı
Qazaxıstan Prezidentindən təbrik teleqramı
Erməni qadınlara ABŞ səfirliyindənXƏBƏRDARLIQ
Qurban Qurbanov Benzia ilə bağlı açıqlama verib
Zelenski Rusiya ilə növbəti məhbus mübadiləsinin tarixini açıqlayıb
Ülvi Mirzoyev vəzifəsindən azad edilib
Bakıda 24-27° isti olacaq
Kiyevə raket hücumu: 15 nəfər yaralanıb


06.06.2024  13:35 

Hər hansı ölkədə diaspor güclüdürsə, orada… - MÖVQE





A+  A-

“Əslində, Azərbaycana qarşı "Avropa cəbhəsi" hər zaman mövcud olub. Xüsusi ilə biz bunu Qarabağın azadlığı üçün mübarizə apardığımız dönəmdə - həm 2010-2020-ci illərdə təbliğat-informasiya müharibəsi zamanı, həm 2020-ci ilin payızında aparılan Vətən Müharibəsi zamanı, həm də postmüharibə dövründə açıq-aydın görümüşük”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında "Yeni Müsavat" Media Qrupun redaktoru, "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli deyib. O, bu gün də "Avropa cəbhəsi"nin öz missiyası üzrə ölkəmizə qarşı fəaliyyətdə olduğunu bildirib:

“Bu, hər zaman da belə olacaq. Çünki Azərbaycan Cənubi Qafqazın həlledici ölkəsidir, bu region isə maraqların kəsişdiyi məkandır. Ona görə də istər "Avropa cəbhəsi", istər "ABŞ cəbhəsi", istər "Şimal cəbhəsi"nə qarşı hər zaman situasiyaya uyğun sistemli fəaliyyət planlarımız olmalıdır. Konkret olaraq indiki məqamda "Avropa cəbhəsi"nə qarşı mübarizəyə gəlincə, təəssüf ki, Avropadakı diaspor qurumları, icmaların bu yöndə fəaliyyəti qənaətbəxş deyil. Bir çoxları, xüsusilə siyasi mühacirlər hətta anti-Azərbaycan dairələrin əlaltısına çevriliblər”.

E.Məmmədli qeyd edib ki, Avropada sağlam təfəkkürlü azərbaycanlılar kifayət qədərdir:

“Onlarla müvafiq qurumlar koordinasiyalı şəkildə dövlət maraqları naminə birgə çalışmalıdır. Təcrübə sübut edir ki, hər hansı ölkədə diaspor güclüdürsə, orada Azərbaycana qarşı təxribatların qarşısını daha rahat almaq olur, nəinki dirəniş göstərilir, hətta qarşı tərəf uduzur. Bu çox ciddi məsələdir”.

Elşad Məmmədli əlavə edib ki, xüsusi ilə səfirlər olduqları ölkələrdə diasporun güclənməsi üçün maksimum çalışmalıdır.


Xəbər 6097 dəfə oxunub.



25.05.2025  12:51 

Sabahın havası açıqlandı

25.05.2025  01:46 

Tovuzda yol qəzası baş verib

24.05.2025  14:03 

Bakıda 24-27° isti olacaq

24.05.2025  12:31 

Allah mənə çatmadı!


BÜTÜN XƏBƏRLƏR +