Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


30.05.2018  20:28 

“Qəbələ”nin baş məşqçisi bəlli oldu





A+  A-

“Qəbələ”nin yeni baş məşqçisi müəyyənləşib.
XəzərNews.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı Roman Qriqorçukun istefasından sonra boş qalan vəzifəyə Sənan Qurbanov təyin edilib. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Futbolçu kimi “Qarabağ” (1998-2000), “Dinamo” (2000-03), “Şəfa” (2003), “Saypa” İran (2004), “MKT-Araz” (2004-05), “Şahdağ” (2005-06), “Qəbələ” (2006-07), AZAL (2007), ABN (2007-08), MOİK (2008), “Muğan” (2009) klublarında çıxış edən hücumçu Azərbaycanın həm gənclər, həm də əsas milli komandalarında forma geyinib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.

Qurbanov futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından baş məşqçi kimi təyinatınadək “Qəbələ”nin əsas komandasında yardımçı məşqçi kimi fəaliyyət göstərib. 2014-cü ilin dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi Premyer Liqada 3 matça çıxarıb. Bu oyunlarda “Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.

Xəbər 2756 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +