Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycan Rusiya ilə ticarətdən imtina edərsə... - Nə qədər itirəcək?
Zaxarovadan Azərbaycanda saxlanılan ruslarla bağlı AÇIQLAMA


18.10.2017  22:17 

“Qarabağ“ Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazandı





A+  A-

"Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində növbəti oyununu keçirib.
XəzərNews.az xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində İspaniya "Atletiko”sunu qəbul edib.
İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu madridlilərlə dueldən qolsuz heç-heçə ilə ayrılıb və ilk xalını qazanıb.
C qrupunun digər oyunu Londonda “Çelsi” və “Roma” arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:4-də başlayacaq.
Çempionlar Liqası, C qrupu, III tur
18 oktyabr
"Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya) - 0:0
Qırmızı vərəqə: Dino Ndlovu, 75 ("Qarabağ")
Baş hakim: Ruddi Buke
Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano
Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö
Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)
Bakı Olimpiya Stadionu
Xal durumu: "Çelsi” – 6, "Roma” – 4, "Atletiko” – 2, "Qarabağ” – 1.

Xəbər 3197 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +