İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb


27.01.2024  14:50 

Tanınmış din xadimi vəfat edib





A+  A-

Tanınmış din xadimi Əlihəsən Mollabəşir oğlu Hüseynov müalicə aldığı Əvəz Cəbiyev adına Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Əlihəsən Hüseynov 7 mart 1939-cu ildə Masallı rayonu Ərkivan kəndində anadan olub. Dövrünün görkəmli din xadimlərindən olan atası Şeyx Bəşirdən dini biliklərə yiyələnib. Sonra Lerikdən olan Molla Əlihüseyn və Molla Qələmdən, daha sonra isə Masallının Qızılavar kəndindən olan Molla Cəbrayıldan dərs alıb.

Hacı Əlihəsən İslam dininin şəriət sahəsi üzrə bilicilərindən idi. Cənub bölgəsində tanınan din xadimlərindən sayılırdı. Bir çox din xadimlərinin yetişməsində əməyi olmuşdur.

Hacı Əlihəsən Hüseynov Masallı şəhəri "Cümə"məscidinin axundu olmuş, son illərdə isə Masallı rayonu Ərkivan qəsəbəsi Həsənəküçə məscidinin imamı idi.

Mərhum bu gün yaşadığı kəndin qəbristanlığında dəfn olunub.



Xəbər 8827 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +