Xalq artisti Bilgəh sanatoriyasını tənqid etdi
“Son Zəng”lə bağlı xəbərdarlıq olundu
İsrailin Tehrana hücumu: 78 ölü, 329 yaralı
Dilan Polat dəlixanaya yerləşdirilib
Natanzdakı obyektə zərər vurulub - İran təsdiqlədi
Müdafiə Nazirliyində 143 milyon manat necə oğurlanıb?
Tehran, doğma Təbriz vurulur – Mirşahin
İsraildəki səfirliyimiz müraciət yaydı
Rəsmi Bakı İsrailin İrana hücumundan narahatdır
Rusiya İsrailin İrana zərbələrini əsassız adlandırdı


31.08.2022  10:57 

Cənab, sən Allah, yeni nazir, komitə sədri təyin etmə





A+  A-

Azərbaycanda iş adamları üçün ən ağrılı, dözülməz proses məhz nazir, komitə sədri dəyişikliyidir. Bu elə bir dağıdıcı keçiddir ki, istər-istəməz olayın pis mənasında, əvvəlki və sonrakı fazalara bölmək məcburiyyətində qalırsan.

Yeni gələn gedənə rəhmət oxutdurmasa, yeni gələn boynunun arxasına yeddimərtəbəli söyüş hörməsə, mümkün deyil də, qardaş. Əliyevin uzun illərdir iqtisadi siyasətinin fundamental əsası bundan ibarətdir. "...Kim haramı-nəyimi söyür-söysün, kim qarğış edir-etsin, cəhənnəmə ki, əsas odur hökmdar planı dolu görsün, tərifin qalınlığı ərşə dirənsin, millətə və cəmiyyətə saxta rəqəmlər "yedirməyə" material olsun, vəssalam!..". Yeni gələnin isə iştahı, bilirsiz də, necə olur. "National Geographic"in "Vəhşi təbiət" TV-proqramlarında ağzı sulanan leşyeyən kaftarlar olur e, bax, gözünüzün önünə bunu gətirin...

Niyə belə olur?

Çünki işə, idbar sistem gərəyi əlahəzrət hökmdara illik planı özündən əvvəlkinin yığım rekordunu qırmaq ehtirası ilə başlamaq kimi bir əclaf idarəetmə formulirovkası var. Stavkalar qalxmalı, tələblər sərtləşdirilməli, iş adamlarının şirəsini çəkən yeni növ "nouhau maxinasiyalar" dövriyyəyə girməli, gözlər bərəlməli, acgözlükdən sulanmış, sirələnmiş dil bayıra çıxmalı, həmin məlum canavar məsul şəxslərin daxilində özünə taxt qurub, əllərini ovuşdura-ovuşdura düşməlidir sektorun canına. Eynən göydən üç alma düşürdən məşhur nağıldakı - Qırmızı Papaqla canavarın əhvalatında olduğu kimi. Pişim-pişimlə sahibkarları basıb yemək prosesi start götürməlidir. Buna meşə dilində görməmiş vəhşi ehtiras da demək olar. Sistem elə qurulub ki, hər yeni gələn uf demədən bu əclaflığa baş vurur və nəticədə iş adamlarının, sahibkarların, Allah qoymasa ölkədə yeni kapital, yeni iş yerləri yaratmağa cəhd edənlərin maddi planda beli qırılır.

Məlum, Azərbaycanın iş adamları, biznes subyektləri də xaraktercə o qədər qorxaqdırlar ki, (Əslində, az görməmişik e, bir-birilə "razborkalarda" şirə-pələngə dönürlər, iş mübahisələrini "vorovskoy" haqq-hesaba çevirirlər) başlarına gələn hər cür neqativə qarşı bir araya gəlib sivil ictimai təzyiq yaratmaqdan, onlara kəsilən haqsız "fakturaları" qarşılamağa üstünlük verirlər. Halbuki, ölkəmizdə bütün mənalarda fundamental dəyişikliklərin ən ciddi sifarişçisi məhz elə milli burjuaziya, iş adamları, sahibkarlar, biznes subyektləri olmalıdır. Çünki bu idarəetmədən ən çox əziyyəti çəkən, malı-mülkü dələduz məmurların ucuz yemi onanlar bu seqmentdir...

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqanının müavini


Xəbər 1777 dəfə oxunub.



13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir

12.06.2025  19:33 

“Medera Hospital“ cərimələndi

12.06.2025  17:14 

Prezident fərman imzaladı

12.06.2025  15:03 

Rusiya Bakını niyə hədələyir?


BÜTÜN XƏBƏRLƏR +