İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


28.08.2021  12:36 

Kennedinin qatili 53 illik həbsdən sonra azadlığa çıxa bilər





A+  A-

Kaliforniya ştatının Vaxtından əvvəl Azad Edilmə üzrə Komissiya senator Robert Kennedinin qatili, iordaniyalı Sirhan Sirhanın həbsxanadan vaxtından əvvəl azad edilməsi ilə bağlı xahişini təmin edib.
Bu barədə XəzərNews.az “The Washington Post” qəzetinə istinadən xəbər verir.

Komissiya belə qənaətə gəlib ki, məhbus artıq cəmiyyətə təhlükə yaratmır.

77 yaşlı Sirhanın azad edilməsi ilə bağlı yekun qərar 90 gün ərzində komissiyanın tam tərkibi tərəfindən qəbul ediləcək, sonra o, ştatın qubernatoru Gevin Nyusoma göndəriləcək. 30 gün ərzində o, komissiyanın qərarını təsdiq etməli və ya rədd etməlidir.

Qeyd edək ki, Sirhan Sirhan 1968-ci il iyunun 5-də senator Kennedini Kaliforniyada Demokratik Partiyadan prezidentliyə namizəd postuna ilk seçkini qazandıqdan bir neçə saat sonra güllələyib.

Törətdiyi cinayətə görə 24 yaşlı Sirhan əvvəlcə qaz kamerasında ölüm cəzasına məhkum edilib. Lakin həmin il ABŞ Ali Məhkəməsi ölüm cəzasını ölkə konstitusiyasına zidd olduğunu qəbul etdiyi üçün Sirhana ömürlük həbs cəzası verilib.

1975-ci ildən etibarən Sirhan dəfələrlə hakimiyyətə vaxtından əvvəl azadlığa buraxılması xahişi ilə müraciət etsə də, daim rədd cavabı alıb.

Robert Kennedi ABŞ-ın öldürülmüş prezidenti Con Kennedinin qardaşıdır.

Xəbər 3530 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +