İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


27.08.2021  14:11 

Koronavirusa yoluxanların 55 %-də əlavə xəstəliklər yaranıb





A+  A-

2020-ci ilin sonunda koronavirusa yoluxmuş şəxslərin demək olar ki, 85 %-i bir neçə ay sonra da virusun simptomlarını hiss edir.
XəzərNews.az xəbər verir ki, bu barədə “Journal of Hospital Medicine” yazır. Məlumata əsasən, Miçiqan Universitetinin tədqiqatçıları 2020-ci ilin payız aylarının sonunda və 2021-ci ilin qışında koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilən 253 nəfərin məlumatlarını təhlil edib. Araşdırmada iştirak edən pasiyentlərin orta yaşı 60 olub.

Koronavirusa qarşı müalicə almış bu xəstələrin təqribən 85 %-i yarım il keçsə də hələ tam sağalmayıblar. Hətta tam müalicə kursundan sonra da bu şəxslərdə koronavirus simptomları peyda olub. Qeyd olunur ki, həmin şəxslər hələ də özlərini sağlam hiss etmirlər.

Bundan əlavə, koronavirusa yoluxmuş bu şəxslərin 55 %-i yarım il ərzində özündə əvvəl olmayan digər xəstəliklər aşkar ediblər. Bunlar isə ürək və ağciyər xəstəlikləri olub. Həmçinin, araşdırmada iştirak edənlərin təqribən dörddə biri etiraf ediblər ki, onlarda güclü öskürək yaranıb. Onların 20 %-i isə sürətli və yaxud nizamsız ürək döyüntülərinin olmasından şikayət ediblər. Təqribən 16 %-i isə mütəmadi olaraq ev şəraitində oksigen aparatından istifadə edir. Bununla yanaşı, həmin şəxslər hərəkətlə bağlı problemlə üzləşiblər.



Xəbər 3623 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +