Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


22.11.2019  12:10 

Hicran Hüseynova görüşə helikopterlə getməyindən danışdı





A+  A-

“Komitənin nə yaxtası var, nə təyyarəsi. Ən aşağı büdcəsi olan komitədir”.
XəzərNews.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağdama helikopterlə getməsi ilə bağlı yayılan tənqidlərə cavab verərkən deyib.

O qeyd edib ki, həmin zaman maşını xarab olub: “Onun təmirini gözləmək gec idi. Qəbul günü var idi. Hərbçilərə zəng edib xahiş etdim ki, kim ora gedəcəksə məni də aparsın. Mən sərhəd zonasına hərbçilərlə getmişəm. Bu, komfort bir gediş deyildi.

Əslində, təhlükəli gediş idi. Ancaq qısa müddətdə Ağdama çatdım. 30-dan çox qadını qəbul etdim. Elə qadınlar var idi ki, onlara operativ dəstək verdik. Ən vacibi odur ki, mən kefə və kurorta getməmişəm. Mən sərhəd zonasına getmişəm. 12 saat yolu gedib-gəlməkdənsə 5 saatı mən qadınlara sərf etdim”.

Xəbər 1878 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +