Putin yalnız mənimlə danışıq apara bilər - Zelenski
Məktəbdə atışma: Xeyli sayda ölü və yaralı var
16 yaşlı yeniyetmə 8 yaşlı oğlana təcavüz edib
Jurnalist Rahib Qəribi döydülər
Diplomatik təxribat...
Berdıməhəmmədov Azərbaycana səfər edəcək
Topçubaşovun 130 illiyi qeyd ediləcək - Sərəncam
Bakıda 36° isti olacaq
“Həkim 6 min pul aldı, yenidoğulmuş övladım öldü
Zaxarova Medinskinin açıqlamasından danışdı


15.03.2019  11:09 

Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR





A+  A-

Nazirlər Kabinetinin 4 mart 2019 tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərin bir qismi də avtobus dayanacaq məntəqələri ilə bağlıdır.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-ın sorğusunu cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, avtobus dayanacaq məntəqələrinin növləri və ölçüləri, yerləşdirilməsi, təchizatı, reyestri kimi bütün vacib məsələlər bu tələblərdə öz əksini tapıb:

“Tələblərin icrası sayəsində biz artıq paytaxtın inzibati ərazisində avtobus dayanacaq məntəqələri ilə bağlı çatışmazlıqların tamami ilə aradan qaldırılmasına nail olacağıq.

Həmçinin avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğun təşkili hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin maneəsiz axınının təmini baxımında müsbət nəticələr əldə etməyə imkan verəcək.

Qeyd edim ki, bu günə qədər BNA tərəfindən təşkil edilən avtobus dayanacaq məntəqələri bu tələblərə tam uyğundur”.

M.Ağayev qeyd edib ki, BNA tərəfindən Bakı şəhərində 200-ə yaxın dayanacaq məntəqəsi təşkil edilib:

“Onların bir qismi vətəndaş müraciətləri, bir qismi isə aparılan təhlillər nəticəsində təşkil edilib. Bununla yanaşı ötən dövr ərzində BNA tərəfindən 50 yerdə cib tipli avtobus dayanacaq məntəqəsi təşkil edilib. Yenilərinin təşkil edilməsi ilə yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bu tələblərə uyğunlaşdırılması istiqamətində də intensiv işlər görülməkdədir”.

Xəbər 1609 dəfə oxunub.




10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq

10.06.2025  10:55 

Ruslar Odessada doğum evini vurdu


BÜTÜN XƏBƏRLƏR +