Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


28.03.2018  13:17 

Prezidentin köməkçisi: “Hafiz Hacıyevdən xahiş etmişəm ki...”





A+  A-

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair sosial şəbəkələrdə irəli sürülən iddialara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Ə. Həsənov APA-ya açıqlamasında bildirib ki, son günlər bəzi mənfi reputasiyaya malik internet saytları və "Facebook" istifadəçiləri onun prezidentliyə namizəd Hafiz Hacıyevlə telefon əlaqəsinə dair məqsədli şəkildə əsassız və spekulyasiya xarakterli iddialar yayır.

“Bildirirəm ki, martın 21-də İctimai televiziyada prezidentliyə namizədlərin üçüncü teledebatına baxdıqdan sonra martın 22-də günorta saatlarında Hafiz Hacıyevlə əlaqə saxlamışam. Onun diqqətinə çatdırmışam ki, teledebatın əvvəlində aparıcı mövzuya uyğun danışmağı xahiş edir, Seçki Məcəlləsinin tələblərinə riayət etməyin zəruriliyini xüsusi vurğulayır.

Bu mənada, məqsədli şəkildə bəzi vəzifəli şəxslər, o cümlədən də mənim haqqında müsbət fikir bildirilməsi, bir sıra dövlət orqanları rəhbərlərinin isə tənqid olunması yaxşı hal deyil və cəmiyyət tərəfindən pis qəbul olunur. Ondan xahiş etmişəm ki, çıxışlarında bu tipli subyektiv mülahizələrlə ictimai rəyi çaşdırmasın. Bundan başqa Hafiz Hacıyevlə mənim aramda hər hansı məsələ ilə bağlı fikir mübadiləsi və ya müzakirə aparılmayıb”, - Ə. Həsənov deyib.

Xəbər 1509 dəfə oxunub.




11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +