Əməkdar artist olmaq üçün pul verdi, amma...
Dövlət Komissiyası İşçi qrupunun tərkibi genişlənib
Prezident bu yolla bağlı... - Sərəncam
Rusiya 1212 əsgərin cəsədini Ukraynaya qaytardı
Ermənilər Qarabağı geri alacaq?
ABŞ-da etirazlar bütün ölkəyə yayılır
Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu
Gəncədə xəstəxanada oksigen balonu yanıb
Ukrayna rusların Barıt zavodunu vurdu
Mask Trampla bağlı yazılarına görə peşmandır


02.05.2017  17:34 

Nazim İbrahimovun “kadrı“ “erməni soyqırımı“nı əlində şam yad edir - Ukraynada





A+  A-

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə uydurma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılıb. R.Tağıyevlə birgə tədbirdə Ukrayna xalq artisti adını almış azərbaycanlı Qurban Abbasov da iştirak edib.
XəzərNews.az xəbər verir ki, bu iddia ilə Ukraynada fəaliyyət göstərən diaspora nümayəndələrindən biri “Bizim Yol”a bildirib. Mənbə həmin tədbirdə çəkilmiş fotogörüntüləri redaksiyamıza göndərib.
“Qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasimində iştirak etdiklərinə görə onlara sərt reaksiya göstərən azərbaycanlıları Rövşən Tağıyev “ictimai fahişə” adlandırıb. Onu da bildirim ki, R.Tağıyevin ötən ilin sonunda da ermənilərlə birgə yeni il şənliyinə qatılması fotoları mətbuatda yayılaraq Ukraynada azərbaycanlıların sərt tənqidinə tuş gəlmişdi. O isə mətbuata açıqlama verərək bunu vecinə almadığını, Aşot Avanesyanla yaxından dost olduğunu bildirdi. Hətta mətbuatdakı dostları vasitəsi A.Avanesyanın adından Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlama yaydırdı. Az keçməmiş Avanesyan bu fikirləri təkzib edərək, separatçı Dağlıq Qarabağı dəstəklədi. Bu R.Tağıyevin timsalında Azərbaycan diasporunun imicinə zərbə oldu”,-deyə mənbə bildirib.
İddia ilə bağlı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevə müraciət etdik. O isə sualımıza cavab vermədi.


Xəbər 1304 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.06.2025  11:16 

MAXE intihar etdi

10.06.2025  16:07 

Diplomatik təxribat...

10.06.2025  13:49 

Bakıda 36° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +