Bu rayonda yas verilməsi ləğv edildi
Dönər kəskin bahalaşdı: Səbəbi bəllidir
“Əməliyyatdan 4 gün sonra burnum qaraldı...“ - Şikayət
Sabahın havası: Yağış və 35° isti
Tramp qubernatordan üzr istəməsini tələb edib
Krasnoyarsk meri Vladislav Loginov saxlanılıb
Vüqar Gülməmmədova ağır itki üz verib
Kamran Haqnəzərov yenə qalib oldu – Foto/Video
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?
Müharibəni dayandırmağa çox yaxınlaşmışıq-Vladimir Zelenski


19.04.2017  14:25 

Sürücülərə şad xəbər - Bu yol istifadəyə verilir





A+  A-

Bakı şəhəri, Qaradağ rayonu Lökbatan-Qobu avtomobil yolunda aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.
"Azəravtoyol" ASC-dən XəzərNews.az-a verilən məlumata görə, yolun uzun müddət təmir edilməməsi səbəbindən asfalt-beton örtükdə dağılıb və qabarmış hissələr yaranıb. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişi xeyli çətinləşdirirdi. Artıq bu problemlər yolun yenidən qurulması ilə aradan qaldırılır.

Lökbatan-Qobu avtomobil yolunun uzunluğu 7.2 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib və 10 m enində yeni torpaq yatağı inşa olunub. Sonra isə qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət yeni yol əsasının tikintisiişləri aparılıb.

Hazırda yola 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə, 50 min m2 ərazinin asfaltlanması planlaşdırılır. Yolun hərəkət hissəsinin eni bərkidici zolaqlarla birgə 7 m təşkil edir. Hər bir istiqamət üzrə 1.5 m enində çiyinlərin tikintisi işləri də görülüb. Bundan başqa, yolun 1.6-2-ci km-lik hissəsində 450 m uzunluğunda istinad divarları inşa olunub. Yolun altından suların ötürülməsi üçün 3 yerdə 1200 mm diametrində borulardan istifadə edilməklə və ümumi uzunluğu 36 m olan dəmir-beton su keçidlərinin, həmçinin 2 yerdə 500 mm diametrində dəmir borulardan istifadə edilməklə suötürücü boruların tikintisi işləri də aparılıb.

Yolda tikinti işləri tam olaraq bitdikdən sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün piyada zolaqlarının, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq. 7.2 km-lik Lökbatan-Qobu avtomobil yolunun tikintisi "Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 2 yaşayış məntəqəsinin 47 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq. Bundan başqa, Qobu qəsəbəsində məcburi köçkünlər üçün yeni salınacaq şəhərcikdən yola birbaşa çıxış təmin olunacaq.

Xəbər 2286 dəfə oxunub.




08.06.2025  18:54 

Mirzoyan Fransaya səfər edəcək

08.06.2025  18:26 

Bu ölkədə güclü zəlzələ

08.06.2025  18:03 

Hacıqabulda yaşayış ev yanıb

08.06.2025  17:44 

Ronaldo bu klubdan imtina edib?


BÜTÜN XƏBƏRLƏR +