10 nəfərin öldüyü zavodu əmisi oğlunun adına keçirdi
FETÖ əməliyyatı: 56 əsgər saxlanılıb
Halit Ergenç ilə Rıza Kocaoğlu həbs edildi
Niyə bu binaya 631 milyon manat xərclənməli idi?
Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi
Kənd təsərrüfatı naziri koronavirusdan sağalıb?
Heroin tədarükçüsü olan tacik Baklda saxlanıldı
“Mal bazarı”ndakı müəmmalı ölüm
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Sabah qısamüddətli yağış yağacaq - Bakıda


21.02.2024  15:23 

Ölkədə neqativ abu-hava formalaşdırmaqda məqsəd nədir?





A+  A-

Son günlər ölkədə baş verən neqativ hadisələri düzgün qiymətləndirmək və cəmiyyətdə mənfi abu-hava yaradan proseslərin ictimailəşdirilməsinin mənbəyini, ideoloji hədəflərini düzgün müəyyənləşdirmək üçün Prezident İlham Əliyevin andiçmə mərasimində nitqi ciddi şəkildə və dəfələrlə təhlil edilməlidir. Bu nitq əsas konsepsiya kimi qarşıya qoyulmalıdır. İ.Əliyevin bu dəfəki çıxışını əvvəlki çıxışlarından fərqləndirən ciddi detallar var.

Diqqət edin, sanki Prezidentin milli həmrəyliklə bağlı çağırışlarının, milli-mənəvi dəyərlər barədə söylədiyi fikirlərin hər biri üzərində işləyib, cəmiyyətə qarşı total hücumlar hazırlayıblar.

- İ.ƏLİYEV belə bir cümlə işlətdi: “Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir…”.

Prezident seçkilərinin keçirildiyi gün və ondan sonrakı dönəmdə cəmiyyətdə mənfi abu-hava yaradan videolar ötürülür, xalq neqativ, aqressiv və emosional notlarla yüklənir.

- İ.ƏLİYEV daha sonra deyir: “Ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır…”. O, ənənəvi ailə dəyərlərinin qorunub saxlanılmasından və “mütərəqqi, yad dəyərlər”in cəmiyyətdən silinməsindən də danışdı.

Öldədaxilində risklərin olduğu nümayiş etdirilir. Xüsusilə, Azərbaycan xalqı üçün həssas olan ailə-məişət məsələləri və təhsil müstəvisində cinayət tərkibli və neqativ hadisələrin ictimailəşdirilir. Hansı sahədə ciddi boşluqlar varsa, həmin həssas nöqtələrdən hücumlar təşkil edirlər. Bizim cəmiyyət isə fərqli günahkarlar seçir və ictimai qınağa məruz qoyur: məktəb, müəllim, şagird, valideyn… Bütün bunlar təsadüf deyil, hər şey bu qədər sadə ola bilməz.

- İ.ƏLİYEV vurğulayır: “Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır….”.

Heç kəs şübhə edə bilməz, İ.Əliyev 17 il ərzində hər gün dünya ictimaiyyətini ədaləti bərpa etməyə, beynəlxalq hüququn təmin edilməsinə səslədi. Amma olmadı. Nəticədə Azərbaycan ordusu beynəlxalq hüququ və ədaləti təmin etməklə dünyada yeni presedent yaratdı. Vaxtilə mövcud olan separatçı rejimin rəhbərləri, erməni cəmiyyətinin siyasi liderləri həbs edilib və bu gün Bakıda təcridxanada saxlanılırlar. Ermənistanın eyni dərəcəli adekvat addımlar atması üçün gücü və hüquqi əsasları yoxdur. Amma azərbaycanlı idmançının "beynəxalq axtarış"la Moskvada saxlanılması erməni cəmiyyətində adekvat addım kimi təqdim edilə bilər.

Son günlər ölkədə sensasiya yaradan videoların yayılmasını, daha çox ailə-məişət, təhsil müstəvisində gündəmin sürətli şəkildə dəyişdirilməsini və nəticədə cəmiyyətin emasional notlarla yüklənməsini təsadüf hesab etmirəm.

Samir Feyruzov

Xəbər 1613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2025  18:25 

MDU birinci yeri itirdi

23.05.2025  12:10 

Tramp fikrini niyə dəyişib?

22.05.2025  14:50 

Prezident onları təltif etdi

22.05.2025  14:23 

Ukrayna Kurskda körpünü vurdu


BÜTÜN XƏBƏRLƏR +