Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


02.06.2025  13:45 

Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb





A+  A-

Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 30-dan çox fələstinli həlak olub.

XəzərNews.az xəbər verir ki, məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi yayıb.

"Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 37 cəsəd daxil olub, onlardan beşi daha əvvəl öldürülüb. 136 yaralı da gətirilib. Bununla belə, dağıntılar altında və küçələrdə hələ də çoxlu yaralı var, onlara təcili yardım və mülki müdafiə xidmətləri çata bilmir", - məlumatda deyilir.

Səhiyyə Nazirliyinin son məlumatlarına görə, martın 18-dən bəri İsrail Müdafiə Qüvvələri 4149-dan çox insanı öldürüb, 12500-ə yaxın insan yaralanıb.

Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana ölənlərin ümumi sayı 54 418 nəfəri keçib, 124 190 nəfər yaralanıb.

Xəbər 2805 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +