Avropa İttifaqı Gürcüstana VAXT VERDİ - “Bunun nəticələri olacaq”
Cəlilabadda baş vermiş yanğın məhdudlaşdırılıb -YENİLƏNİB
Dövlət qulluqçularının maaşı artırıldı
İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?
Zelenski vətəndaşlıq haqqında qanun imzalayıb
Zirədə zibillər eşşək arabası ilə daşınır? -AÇIQLAMA
Pakistanda fəlakət: Ölənlərin sayı açıqlandı
İstanbulda atışma:Yaralananlar var
Xameneinidən Putinə narazılıq məktubu
İsrail hücum əmri verdi: Bu ölkəni...


03.02.2022  20:48 

Daşınmaz əmlaka çıxarış almaq istəyənlər - Bunu bilməlisiniz





A+  A-

Daşınmaz əmlaka dövlət reyestrindən çıxarış almaq üçün nə qədər vəsait ödəməliyəm? Dövlət rüsumu və xidmət haqqının məbləğini öncədən necə bilim? Bu sualların cavabı çox sadədir. “Əmlak kalkulyatoru” elektron xidmətindən istifadə etməklə çıxarış almaq üçün tələb olunan məbləği özünüz hesablaya bilərsiniz.

“Əmlak kalkulyatoru” nədir?

Vətəndaşlar qeydiyyat xidmətləri ilə bağlı ödəyəcəyi məbləği öncədən bilmək istəyirlər. Daşınmaz əmlaklarını dövlət qeydiyyatına almaq istəyən şəxslərin ödəyəcəyi dövlət rüsumu və xidmət haqqı ilə bağlı əvvəlcədən məlumat almaq imkanı var. Bu sahədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Əmlak kalkulyatoru” elektron xidməti vətəndaşların istifadəsindədir.

“Əmlak kalkulyatoru”nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlakın yerləşmə yerini, sahəsini, digər tələb olunan texniki məlumatları daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun məbləği əldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik və sürətli şəkildə əvvəlcədən hesablamaq mümkündür. Bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.

Elektron xidmətdən istifadə etmək istəyən vətəndaş Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) “Əmlak kalkulyatoru” bölməsinə daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.

“Əmlak kalkulyatoru” elektron xidmətinin tətbiqi daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində göstərilən xidmətlərin daha da sadələşməsi deməkdir. Bu xidmət vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır.

Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslər üçün vaxt itkisinin qarşısını alır, prosesdə şəffaflığı təmin edir.

Xəbər 3521 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.07.2025  20:36 

Amerikalı reper Bakıya gəlir

15.07.2025  18:26 

Moskva su altında qaldı -VİDEO

15.07.2025  16:52 

Ətin qiyməti NİYƏ bahalaşır?


BÜTÜN XƏBƏRLƏR +