Suveyda atəşkəs razılaşması əldə edilib
O, kukla olmaq istəyir? - Paşinyan Karapetyanı ittiham etdi
Azər Qasımlıya ittiham elan olundu
Prezident ipoteka kreditləri ilə bağlı fərman imzaladı
Həkim əməliyyat etdiyi xəstəni qəbul etmədi
Kiyev meri Vitali Kliçko əsgərlərə 3 min PUA verdi
Mutvalı Şıxlinski məhkəməyə gətirilib, amma...
Yasamalda qadın güllələnərək öldürüldü
Sumqayıtda 67 kq narkotik aşkarlanıb
Məhkəmə İmamoğlunun həbsinə qərar verdi


01.05.2019  09:34 

Yeni lüğətə 4000 söz əlavə edilib





A+  A-

Azərbaycanda yeni hazırlanan orfoqrafiya lüğətinə 4000 yeni söz daxil edilib.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə çap edilib. Həmin dövrdən sonrakı 6 il ərzində dilimizə daxil olan yeni sözlər cəmlənərək yeni lüğətə daxil edilib.

M.Nağısoylu əlavə edib ki, ümumilikdə yeni lüğətdə 112 minə yaxın söz cəmlənib.

Hazırda lüğət üzərində redaktə işlərinin aparıldığını deyən akademikin sözlərinə görə, mayın sonunda yeni orfoqrafiya lüğətinin hazırlanması prosesinin yekunlaşması və çap üçün təqdim edilməsi nəzərdə tutulur.

M.Nağısoylu qeyd edib ki, Nazirlər Kabineti tərəfindən Azərbaycan dilinin yeni orfoqrafiya normaları təsdiqləndikdən sonra lüğətə həmin normalar əsasında yazılaraq daxil edilən sözlərin sayı o qədər də çox deyil:

"Yeni normaları biz əvvəldən nəzərə almışdıq. Ona görə də yeni normaların təsdiqlənməsi yeni lüğətin hazırlanmasına və lüğətdə ciddi dəyişikliklərin edilməsinə təsir göstərməyib".

Qeyd edək ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu tərəfindən 69 maddədən ibarət "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi hazırlanmışdı. Aparılan müzakirələrdən sonra Orfoqrafiya Komissiyasının iclasında sözlərin yazılışı ilə bağlı təklif edilən bəzi məsələlər qəbul edilməyib. Bunlar ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa "y" samitindən birinin düşməsi, Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa "m" hərflərindən birinin düşməsi ilə bağlı olub.

"Rəbb" və "Tanrı" sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapsa da, bu məsələ də sonradan müzakirədən çıxarılmışdı.

Xatırladaq ki, orfoqrafiya lüğəti Azərbaycan dilində sözlərin yazılışında əsas mənbə hesab edilir.

Xəbər 2998 dəfə oxunub.




16.07.2025  20:55 

Epi ləqəbli reper həbs olundu

16.07.2025  16:51 

Zelenski: Putin ABŞ-dan qorxur

16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər

16.07.2025  14:14 

İsrail Suriyanı VURDU


BÜTÜN XƏBƏRLƏR +