Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


02.08.2023  11:46 

Yevlax xəstəxanasında 73 min manatlıq mənimsəmə





A+  A-

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə daxil olan vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

XəzərNews.az rayon prokurorluğuna istinadla xəbər verir ki, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxslər tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan çox pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Xəbər 2451 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +