Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


30.07.2023  10:09 

Onlar Laçın postundan keçmək istəsə, həbs olunacaqlar





A+  A-

“Laçın postunda saxlanılan Xocalı qatili Vaqif Xaçaturyan 1996-97-ci ilərdə separatçıların qondarma “müdafiə naziri” Samvel Babayanın sürücüsü olub. I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımılarda birlikdə iştirak ediblər, daha sonra Babayan “nazir” olanda onu sürücüsü edib”.

XəzərNews.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O, bildirib ki, Xaçaturyanın həbs edilməsi Xocalı qatillərinin ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edilə bilər:

“Ötən ay erməni mediası iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var.

Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir.

Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar, Xaçaturyan həbs olunduğu kimi.

Soyqırımı aktlarına komandirlik edənlərin xüsusi əməliyyatla zərərsizləşdirilməsi, yaxud həbs olunaraq, Bakıya gətirilməsi mümkün variantlardan biridir”.



Xəbər 2661 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +