Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


21.06.2022  09:34 

Quru sərhədlər açılır - Hökumət işə başladı





A+  A-

“Vətəndaşlarımız quru sərhədlərin bağlı olmasına görə çox əziyyət çəkir. Tezliklə açılmasının tərəfdarıyam”.
XəzərNews.az xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Elman Məmmədov deyib.

Deputat hökumətinsərhədlərin açılması ilə bağlı müvafiq işlər apardığını qeyd edib:

“Sərhədlərin açılmasının tərəfdarıyam. Çünki insanlarımız quru sərhədlərin bağlı olmasına görə həddindən artıq əziyyət çəkirlər. Təyyarə ilə gediş-gəliş məsələsində də problemlər çoxdur. Yəni maddi cəhətdən biletlərin qiymətinin yüksək olması insanların büdcəsinə uyğun deyil. Eyni zamanda, təyyarə ilə yük daşınması problemlidir. Ona görə də tezliklə quru sərhədlərimzin açılmasını dəstəkləyirəm. Biz fikrimizi bildiririk, lakin bəzi məsələlər var:
məsələn, dövlətlərarası münasibətlər, pandemiya, digər xəstəliklər, yaxud da təhlükəsizliklə bağlı məsələlər. Millət vəkili olaraq müvafiq qurumlara çağırış edirəm ki, quru sərhədlərimizin açılması istiqamətdə işlər tezləşdirilsin. Qonşu ölkələrə müalicə üçün gedən insanlar var ki, indi onlar qayıda bilmirlər. Çünki quru sərhədlər açıq deyil, təyyarə biletləri də bahadır. İşləməyə gedib, indi ölkəmizə qayıtmaq istəyən insanlar da bu kateqoriyaya daxildir. Bildiyimə görə, hökumətimiz də çalışır ki, bu istiqamətdə işlər tezləşdirilsin. Amma sərhədlərin açılması birtərfli qaydada mümkün deyil, iki dövlət arasında olan məsələlərdir. Bu işlər sürətlənməli və quru sərhədlərimiz insanlarımız üçün açılmalıdır”.

Xəbər 2967 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +