Azərbaycanlılar Pezeşkianın müdafiəsinə qalxdılar
Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir


01.12.2021  11:45 

Sağ qalan hərbçilər danışdı





A+  A-

DSX-nin qəzaya uğramış helikopterindən sağ çıxan hərbçilər xəstəxanada açıqlama verib.

XəzərNews.az xəbər verir ki, “REAL TV”yə danışan hadisənin canlı şahidi olanlardan biri - polkovnik-leytenant Emil Cəfərov bunları deyib:

“Qəza enişin yerinə yetirilməsi zamanı baş verdi. Helikopter yerə çırpılanda ikimizi də bayıra atdı. Başqa heç nə yadımda deyil. Heç bir məhdudiyyət aşılmamışdı. Helikopterin desant daşıma sayı 24 nəfərdir. Məndə ayağımda əzikdir. Sərnişin kabinəsinin girişinin yanında idim. Heç bir şübhəli məqam yox idi.

Helikopterlərin hər ikisi təzədir. Hər bir şeyi yoxlanılmışdı. Qəza anı mənim üçün saniyələr idi. Küləklə bağlı heç bir məhdudiyyət aşılmamışdı. Proqnoza görə külək günortadan sonra olmalı idi”.

Emil Cəfərov, həmçinin helikopterin pilotu polkovnik Fizuli Cavadov haqqında da danışıb. O qeyd edib ki, F. Cavadov birinci dərəcəli pilot idi: “Bu insan hər birimiz üçün canlı əfsanə idi, təcrübəli idi. İşğaldan azad edilmiş ərazilərdə daim döyüş tapşırıqlarını yerinə yetirirdi. Uçuş icazələrinə görə hər ikisi ən yüksəkdə idi.

"Mİ-17" dünyada ən universal helikopterlərdən biridir. Bunlardan II Qarabağ müharibəsində də istifadə olunub. Döyüşlərdə iştirak ediblər. Təlim poliqonuna gələndən sonra hamı öz yerini tuturdu. Ondan sonra döyüş atışlarına başlayırdılar. Biz təlim zonasına gəlirdik ki, qəza baş verdi”.

Digər yaralı - kapitan Ramil Ədilov bildirib ki, enişə gələndə birdən-birə idarəetmə itirilib: “Hündürdən sürətlə yerə çırpıldıq. Qəza anı saniyələr idi. Mən qışqırdım və bir də ayıldım ki, buradayam. Heç bir kənar müdaxilə olmayıb. Külək də elə çox deyildi”.



Xəbər 3125 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +