Sənədsiz evlərlə bağlı YENİ QƏRAR
Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi
BSU-nun təmirinə nə qədər pul xərclənəcək?
Magistral yolda çılpaq gəzən gənc saxlanıldı
Şahin Şıxlinskiyə qarşı təzyiqlər artır, özü isə yoxa çıxıb
Ukrayna Moskvaya hücum etdi
Rüşvət vermədiyi üçün tikilisi sökülüb - Video
Slovakiya sanksiya paketini təsdiq edəcək-Robert Fitso
Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü


17.07.2025  11:20 

Laçındakı yanğınla bağlı 3 nəfər cinayət məsuliyyətinə cəlb edildi





A+  A-

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Bildirilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.

Xəbər 240 dəfə oxunub.




18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +