Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


23.05.2025  12:58 

İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi





A+  A-

Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı Vasif İmanov özünə yeni müavin təyin edib.

İcra başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Məmmədhüseynova Zülfiyyə Xası qızı başçının müavini təyin olunub. O, mayın 21-dən yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Məmmədhüseynova yeni təyinatadək Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1988-cü il təvəllüdlü Z.Məmmədhüseynova ixtisasca Azərbaycan dili və Ədəbiyyat müəllimidir.

Xatırladaq ki, bununla da son bir ayda üçüncü qadın müəllim icra hakimiyyətlərində yüksək vəzifə təyinatı alır. Belə ki, daha əvvəl Şəki Şəhər Uşaq İncəsənət məktəbinin tədris işləri üzrə direktor müavini Xəyalə Töhrablı Şəki Şəhər İcra Hakimiyyəti başçısının, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tədris işləri üzrə direktor müavini Aliyə Osmanova isə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib./İqtisadiyyat.az

Xəbər 2113 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +