Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


27.06.2022  11:16 

Nazirlər Bakı Bəyannaməsini imzaladı





A+  A-

Bu gün Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirilib.

XəzərNews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üçtərəfli görüşün əhəmiyyətindən danışıb və regional əməkdaşlığın vacibliyini vurğulayıb.

C.Bayramov bu görüşün üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıdığını qeyd edib.

Nazirlərin çıxışından sonra üçtərəfli görüşün gündəliyi təqdim olunub.

Görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb.

Bakı Bəyannaməsini Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirləri imzalayıblar.

Xatırladaq ki, ilk üçtərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyə Sənaye və Texnologiya naziri Mustafa Varanklı, Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı naziri Kairbek Uskenbayev iştirak edib.

Xəbər 2890 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +