Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


16.01.2022  15:47 

Acınacaqlı vəziyyətdə olan azyaşlı uşaqlar nəzarətdə





A+  A-

Şamaxıda kəndlərin birində azyaşlı uşaqların acınacaqlı və köməksiz vəziyyətdə qalmasını əks etdirən görüntülər yayılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin paylaşım edib:

“Anaları deyilənə görə, koronavirusa yoluxub, xəstəxanadadır. Kənd camaatı uşaqlara baxır, yemək verir. Şamaxı rayon İcra Hakimiyyəti yəqin ki, məlumatlıdır. Hə, yəni ancaq məlumatlıdır. Gözümüzlə gördüyümüz qədər həm uşaqların durumu, həm də hansı təhlukənin tam ortasında olduğunu görürük”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev bildirib ki, fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar. İlkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.

Xəbər 3217 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +