Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


17.11.2021  13:12 

Millət vəkili: “Pensiyanın 130 manat təyin edilməsi utancvericidir”





A+  A-

“Biz bu gün ölkədə milli dirçəlişdən danışırıq, bəs ölkədə sosial dirçəlişdən danışmaq olarmı? Ancaq kiminsə övladı vəzifədədirsə, həmin şəxsin aldığı pensiya onu təmin edir, digər pensiyaçıları isə qane etmir. Ac qalmamaq üçün pensiyanı idarə edir”.

XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxış edərkən deyib.

Millət vəkili yaşa görə pensiyanın 130 manat məbləğində təyin edilməsinin utancverici məbləğ olduğunu bildirib: “Nazirliyin qurumu olan Dost mərkəzi işsizlərə 250-300 manatlıq iş təklif edir. İmkan yaratmaq lazımdır ki, sahibkarlar iş yeri yaratsın, işsizlik azalsın”.

Deputat Qənirə Paşayeva isə çıxışında bəzi şəhid ailələrinin mənzil təminatı məsələsinə toxunub: “Ailələr bizə müraciət edib ki, onlara daha kiçik kvadratlı mənzillər təklif edilir. Halbuki şəhid özü yaşasaydı, alacağı mənzil daha böyük ölçülü olardı. Halbuki həmin şəhidlər illərlə vətənə qüsursuz xidmətləri ilə seçiliblər.

Həmçinin təklif edirəm ki, hansı qurumlar qazi və şəhid ailələrini işlə təmin edibsə, onların sayını açıqlasın”.

Deputat Siyavuş Novruzov isə deyib ki, vaxtilə hansısa səbəblərdən səhv pensiya alanlardan indi onları hissə-hissə tələb etmək düzgün deyil: “Həmin insanlar təqaüdünü ehtiyacdan alıb. Ona o pulu dövlət qurumu verib. Bunun təzədən hissə-hissə qaytarılmasını təklif etmək səhv addım olardı”./“Qafqazinfo”

Xəbər 4332 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +