Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


29.09.2021  18:15 

Sahibə Qafarova Prezidentlə görüşdü





A+  A-

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

XəzərNews xəbər verir ki, Prezident Tokayev dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib.

Sahibə Qafarova bildirib ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.

Milli Məclisin sədri vurğulayıb ki, ikitərəfli münasibətlərimiz qanunverici orqanlar səviyyəsində də yüksələn xətlə inkişaf edir. S.Qafarova xüsusilə TÜRKPA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı siyasəti barədə danışan Milli Məclisin sədri Xocalı soyqırımının 30 illiyi ərəfəsində Qazaxıstan parlamentinin də bu məsələyə münasibət bildirməsi istəyini ifadə edib.



Xəbər 3309 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +