Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


16.11.2018  11:16 

Abel Məhərrəmovu əvəzləyir? - AÇIQLAMA





A+  A-

“Hələ ki, Abel Məhərrəmovu heç kim əvəz etmir. Hazırda otağı da boşdur. Gözləyirik...”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmlinin müşaviri Məzahir Sultanov deyib.

Müşavir bildirib ki, digər məsələlər barədə məlumatı yoxdur.

“Abel müəllimdən sonra onu kimin əvəz edəcəyini deyə bilmərəm. Abel müəllimin dövründə universitetdə 5 prorektor olub. Bundan sonra dəyişikliyin necə olacağı, universitetə müvəqqəti olaraq hansı prorektorun rəhbərlik edəcəyi barədə məlumatım yoxdur”.

Qeyd edək ki, dünən prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Abel Məhərrəmov 1976-cı ildən Azərbaycan Dövlət Universitetində çalışırdı. O, əvvəlcə universitetdə baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.

1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi.

Xəbər 2856 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +